Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

MƏRKƏZİMİZ

 

Mərkəzimiz “ANA OLMAQ HƏR QADININ HAQQIDIR şüarı altında fəaliyyət göstərir. Reproduktiv Sağlamlıq Mərkəzi” 2014-ci ilin  sentyabr ayında Uzm. Dr. Önder Tulumbacının rəhbərliyi ilə qurulmuşdur.

Mərkəzimizin 2014-cü  ildə qurulmasına baxmayaraq, Uzm. Dr. Önder Tulumbacı və komandası uzun müddətdir ki, sonsuzluq müalicəsi ilə məşğuldur. Uzm. Dr. Önder Tulumbacı Azərbaycanda təxminən 10 illik iş fəaliyyəti nəticəsində minlərlə uşağı olmayan ailəni sevindirmişdir.

Uzm. Dr. Önder Tulumbacı Azərbaycanda ilk dəfə 2004-2005 tarixləri arasında “Ailə Planlaması Mərkəzi”-də süni mayalanma etməyə başlamış,  sonra  2007-2012-ci il tarixləri arasında “Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu”-nun süni mayalanma mərkəzində şöbə müdiri, 2012- 2014-ci il tarixlərində  özəl klinikların birində “Süni Mayalanma Mərkəzi”-də çalışmışdır.