Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

SUAL - CAVAB

Süni mayalanmanın tutma şansı nə qədərdir? Zəmanət varmı?

Süni mayalandırmanın uğurlu olmasına bir sıra faktorlar təsir edir: yaş, yumurtalıq rezervi, endometrium vəziyyəti, sperm göstəriciləri və s. Tutma şansını ancaq bu faktorları nəzərə alaraq fərdi hesablamaq mümkündür.

 

Süni mayalanma elətdirəndə yumurta toplamadan 2-3 gün əvvəl niyə cinsi əlaqədə olmaq lazımdır?

Cinsi pəhriz 2-3 gün olsun deyə, cinsi əlaqə lazımdır.

 

Aşılamanın alınma şansı neçədir?

Aşılamanın alınma şansı 18-20%-dir

 

Aşılama və süni mayalanma üsulu ilə əkiz hamiləlik mümkündürmü?

Aşılama və süni mayalanma müalicəsi zamanı əkiz hamiləlik olması ehtimalı var, lakin buna zəmanət verə bilmirik. 

 

Aşılamadan qabaq nəsə eləmək lazımdır?

Aşılama elətdirmək üçün aybaşının 2-ci və ya 3-cü günü gəlmək lazımdır. Ultrasəs müayinəsi olunacaq. Lazım olan dərman preparatları təyin olunacaq. Aşılama eləmək istəsəniz siz və yoldaşınız qabaqcadan bir sıra analizlərdən keçəcəksiniz: kişi üçün hepatit B, C, HİV, RV, sperm müayinəsi; qadın üçün TSH, qanın ümumi analizi, kaoqulaqramma, TORCH qrupu, hepatit B, C, HİV, RV

 

Hamiləlik zamanı lazer epilasiyaya getmək olarmı?

Lazer epilasiyası tövsiyyə olunmur. Çünki metodun hamilələrə təsiri haqqında geniş miqyaslı tədqiqatlar aparılmayıb. Ona görə də dölə təsiri haqqında dəqiq məlumat yoxdur.

 

Hamiləlik zamanı saç rənglətdirmək olar?

Ammiaksız saç boyalarından istifadə etmək olar.

 

Uşağın cinsiyyətini seçmək olurmu?

Preimplantasion genetik diaqnostika (PGD) sırasında uşağın cinsiyyəti də müəyyən edilir. Genetik diaqnostikanın qiyməti 2000 dollardır.

 

Donordan icazə alınırmı?

Donordan rəsmi razılıq əsasında sperm və ya yumurta hüceyrəsi alınır

 

Donor haqqında pasiyentə hansı məlumat verilir?

Donorun fiziki göstəriciləri (boyu, saç rəngi, göz rəng), qan qrupu, milliyyəti haqqında məlumat verilir.

 

Donor yumurtası ilə hamilə qalmaq şansı nə qədərdir?

Donor yumurta ilə hamilə qalmaq şansı 50% gədərdir. Müayinədən sonra daha ətraflı məlumat verilə bilər.

 

Mən süni mayalanma etdirdim, uğursuz oldu, uzun müddət depressiyadan çıxa bilmədim

Çox təəssüf ki,belə hallar vaxt aşırı olur..( Lakin həyat davam edir və hər bir qaranlıqdan sonra mütləq işıq olur. Belə hallarda özünə qapanmaq, bədbin fikirlərlə təkbətək qalmaq olmaz. Mütəxəssisə müraciət edib psixoterapiya almaq məsləhət olunur.  

+994 51 970 40 50 +994 51 522 40 50 nömrələri ilə əlaqə saxlayıb RSMə psixoloq qəbuluna yazıla bilərsiniz.