Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Kişiyə aid müayinələr

    Kişiyə aid araşdırmalar:

    - Kişiyə olan əsas araşdırma, sperma analizidir. Sperma testi, kişidəki sperma  saylarından  uşaq əmələ gəlmə potensialını  yoxlamaq məqsədiylə edilən mikroskopik bir araşdırmadır.

    Sperma testi nə vaxt edilməlidir?

    1 il boyunca nizamlı və qorunmasız bir cinsi həyatı olan cütlərin, körpə sahibi ola bilməmələri  halında, həkimlərin həmin şəxslərdən istəyəcəyi  ilk analiz sperma testidir. Cütlüklər belə bir vəziyyətlə qarşılaşdıqlarında sperma testini  etməlidirlər.

    Sperma testi necə edilir?

    Sperma testi  etdirmədən əvvəl  3-4 gün cinsi əlaqədən uzaq durmaq  lazımdır. Bu 3-4 günlük dövrdə heç bir şəkildə boşalma edilməməlidir. Edilən pəhrizdən sonra  ixtisaslaşmış Androloji laboratoriyaların xüsusi sperma vermə otaqlarında mastürbasiya üsulu ilə steril bir qaba boşalma həyata keçirilərək nümunə alınır. Penisten çıxan ilk damlalar çox əhəmiyyətlidir və qətiyyən  qabın xaricinə çıxmamalıdır. Əgər  çıxarsa, məsul şəxsə məlumat verilməlidir. Vermiş olduğunuz sperma nümunəsində ekspertlər spermaların sayı, forma, hərəkət və axıcılıq kimi başlıca əhəmiyyətli meyarları göz önünə alaraq spermanı  araşdırırlar. Daha sağlam nəticələr ala bilmək üçün 3-4 həftə ara ilə iki dəfə təkrarən sperma nümunəsi verilməlidir.

    Sperma testinin  normal dəyərləri hansılardır?

    3-5 günlük cinsi pəhriz ilə verilən semen nümunəsi nəticələri (WHO) Dünya Səhiyyə Təşkilatı meyarlarına görə aşağıda göstərilmişdir.

     Parametr WHO 1999 WHO 2010

1. Miqdarı (volum) 2.0 ml 1.5 ml

2. ph ≥7.2 ≥7.2

3. ml də sperma sayı

(konsentrasiya) ≥20 milyon / ml ≥15 milyon / ml

4.Cəmi sperma sayı ≥40 milyon / ml ≥39 milyon / ml

5. Hərəkətlilik (motilite)% 50 (a + b)% 40 (PR + NP **)% 32 PR *

6. Forma (morfoloji) ≥% 14 ≥% 4

7. Canlılıq (viability) ≥% 50 ≥58

8. Lökosit (iltihab hüceyrəsi) ≤1 milyon / ml ≤1 milyon / ml

   

    - Skrotal rəngli doppler ultrasəs,

    - Yüksək santrifüjlü semen analizi,

    - Testis biopsiyası.