Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

T.e.n. Elnurə Vəliyeva
T.e.n. Elnurə Vəliyeva
Ginekoloq

Bazar ertesi - Cümə: 09:00-17:00

Şənbə: 10:00- 15:00

   1998-2004 cü illərdə Rusiya Dövlət Piroqov adına Tibb Universitetində təhsil almışdır. 2004-2006-cı illərdə Rusiyanın Mama-ginekologiya və Perinatologiya Elmi Mərkəzində (mamalıq və ginekologiya ixtisasi üzrə) kliniki ordinatura keçmişdir.

   2006-2010-cu illərdə Rusiyanın Mama-ginekologiya və Perinatologiya elmi mərkəzində sonnsuzluğun müalicəsində köməkçi texnologiyalar şöbəsində aspirantura keçmişdir.

   2010-cu ildə akademik Q.T.Suxix və t.e.d. V.Y.Smolnikovanın rəhbərliyi altında «HLA sistem antigenləri üzrə uyğunluğu olan sonsuz cütlüklərdə limfositimmunoterapiyasının əhəmiyyəti və ektrakorporal mayalanma proqramının optimizasiyası» mövzusunda olan elmi işini müdafiə edərək Tibb Elmləri Namizədi elmi dərəcəsini almışdır. 

    09.03.2010 – 30.04.2010 tarixlərində Rusiyanın Mama-ginekologiya və Perinatologiya Elmi Mərkəzində "Ultrasəs müayinəsi" üzrə təkmilləşmə kursu keçmişdir. Rusiya ve digər xarici jurnallarda bir neçə elmi məqalələri çap olunub. Bir neçə diplom ve təkminləşdirmə sertifikatı əldə edib. İki Beynəlxalq konqresdə elmi məruzə ilə çıxış edib.

   2012-ci ildən "HB Güven klinikası"-nın Ginekologiya şöbəsində fəaliyyət göstərir. 2014-cü ildən "Reproduktiv Sağlamlıq Mərkəzi"-də sonsuzluq  müalicə metodlarını həyata keçirir.