Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Aynur Əliyeva
Aynur Əliyeva
Həkim-terapevt

Həkim-terapevt Əliyeva (Cahangirova) Aynur.

2005-2011 illərdə Odlar Yurdu Universitenin müalicə işi fakultəsi üzrə təhsil almışdır.

2006-cı ilidən 2009-cu ilədək müxtəlif tibb müəssisələrində, o cümlədən 2009-2010 illərdə “HB Co LTD” MMC-də və 2010-cu ildən 2013-cü ilədək “İVF Center” (Respublika Ailə Planlanması Mərkəzində) həkim-assistent (təcrübəçi və sair) kimi çalışmışdır.

30.04.2018-ci il tarixdən 22.06.2018-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda terapiya ixtisası üzrə kursu keçmişdir.

10.09.2018-ci il tarixində Sertifikasiya şurasının müvafiq şəhadətnaməsi əsasında Azərbaycan Respublikasının ərazisində  terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmağıma dair icazə verilmişdir.

“Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İB tərəfindən təşkil edilmiş bir sıra konfransların və təlimlərin, həmçinin I-IV-cü Azərbaycan-Türkiyə Ortaq Hepatoloji kurslarıniştirakçısı olmuşdur.

Hal-hazırda Oksigen klinik xəstəxanasında həkim-terapevt vəzifəsində işləyir.