Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Antral follikullar nədir?

Antral follikullar nədir?

İyun 01, 2018

Follikullar 4 yetişmə etapı keçir: primordial, preantral, antral və predovulyator. Antral follikullar öncəki siklin luteal fazasında formalaşır. Aybaay antral follikulların sayı fərqli olur.
Yumurtalıqlarda aparılan əməliyatlar, genetik faktorlar və idiopatik səbəblər antral follikulların sayını azalda bilər. Natural siklda antral follikulların adətən cəmi biri predovulyator follikul olur, ancaq stimulasiya zamanı mövcüd olan bütün follikullar predovulyator ola bilər. Menstrual siklin 2-3 günü antral follikullar sayılaraq, süni mayalanmada hansı protokol və hansı dozada hormonlar başlamaq lazımdırsa gərar verilir. Həmçinin yumurtalıqların hiperstimulasiya sindromunu təxmin edib qabaqlamaq üçün çox önəmlidir. Antral follikulların sayının az olması yumurtalıqların stimulasiyaya olan cavabının zəif olmasını görsədir.
 
Müəllif tibb elmləri namizədi Elnurə Vəliyeva.