Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Aybaşı olmayan qadınlarda hamiləlik ola bilərmi?

Aybaşı olmayan qadınlarda hamiləlik ola bilərmi?

İyun 02, 2018

Birincili amenoreya adlandırılan və beyindən ifraz edilərək yumurtalıqlarda follikulların yetişməsini təmin edən hormonların əskikliyinə bağlı hipoqonadotropik hipoqonadizm vəziyyətində qadın özbaşına heç bir zaman aybaşı görmür. Bu zaman uyğun hormonal terapiya vasitəsilə follikullar yetişdirilərək hamiləlik əldə edilə bilər. Digər hallarda -genetik olan Turner sindromunda, erkən menopauzaya səbəb olan yumurtalıqların erkən tükənməsi vəziyyətində, menopauza dövründə olan qadınlarda da aybaşı olmur və bu qadınlarda öz yumurta hüceyrələri ilə hamiləlik əldə etmək mümkün deyil. Bu qrup pasiyentlərə donor yumurta hüceyrəsi istifadə edilməsi ilə yardımçı reproduktiv texnologiyaların tətbiqi tövsiyə edilir.