Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Reproduktiv sağlamlıq yaşı

Reproduktiv sağlamlıq yaşı

İyun 04, 2018

Erkən yaşda hamiləlik qadınların və körpələrin sağlamlıqla bağlı ciddi risklər təşkil edir. Yeniyetmənin reproduktiv orqanları öz inkişafını tamamalamamış olduğundan hamiləliyin yarımçıq dayandırılması, hamiləlik dövründə ağırlaşmalar, doğum fəaliyyətinin anomaliyaları, ana ölümü və xəstə uşaq doğulması riskləri yüksəkdir. Abort sonrası ağrırlaşmalar və ana ölümü tezliyi 20 yaş üstü qadınlara nisbətən yeniyetmələrdə dəfələrlə çox görülür. Ana olmaq üçün qadının ən az 18 yaşa qədər gözləməsi vacibdir.
Eyni zamanda günümüzdə evlilik yaşının get-gedə gecikdirilməsi də reproduktiv qabiliyyətin yaş artdıqca zəifləməsi və itirilməsi ilə bağlı olaraq sonsuzluq riskini artırır. Doğum üçün ən effektiv yaş aralığı 24-35 yaş hesab olunur. 35 yaşdan sonra hormonal dəyişikliklər, cinsi vəzilərin zəifləməsinə bağlı olaraq sonsuzluq riski, eləcə də, xromosomlarda baş verən dəyişikliklərə bağlı olaraq qüsurlu körpələrin doğulması riski yüksəlir. Daha irəliki dövrdə uşaq sahibi olmağı münasib hesab edənlər yumurta və sperma hüceyrələrin dondurulması üsulundan istifadə edə bilərlər.