Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Süni mayalanmadan öncə histerosalpinqoqrafiya mütləqdirmi?

Süni mayalanmadan öncə histerosalpinqoqrafiya mütləqdirmi?

İyun 07, 2018

Süni mayalandırma zamanı mayalanma laboratoriya şəraitində, tübdə baş verir. Ona görə boruların açıq olub-olmaması önəmli deyil. Lakin borularda genişlənmə - hidrosalpinks, aşkar olunarsa, bu zaman borulardan axan çirkli maye implantasiyaya mane ola bilər. Bu səbəbdən süni mayalandırmadan öncə boruların vəziyyətini təyin etmək mütləqdir.

Süni mayalanmaya hazırlaşan xəstələrdə borular bağlı görünürsə heç bir şey etməyə ehtiyac yoxdur. Çünki süni mayalanma zamanı boruların açıq olub-olmamağı önəmsizdir. Amma borularda genişlənmə aşkar edilərsə, o zaman laparoskopiya, tuboligasiya və ya tubektomiya edilib sonra süni mayalanma tövsiyye olunur.