Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Hamiləlikdən Əvvəl Cütlüklərə Qızıl Nəsihətlər.

Hamiləlikdən Əvvəl Cütlüklərə Qızıl Nəsihətlər.

Oktyabr 01, 2015

     Müəllif: Uzm.Dr. Öndər Tulumbacı.

    Hamiləlik bir qadının ən böyük əsəridir. Sadəcə olaraq, qadınlara verilmiş ən gözəl fərqlilikdir. Təəssüf ki, bugünümüzdə hələ də plansız və istəmədən hamilə qalan qadınlar var. Amma sevinərək izləyirəm ki, xüsusilə gənc cütlər arasında hamiləliyi tərəflərin ictimai və mənəvi olaraq ən uyğun olduqları dövrdə başlatmaq meyli getdikcə artır. Hamilə qalmağı planlayan bir ailə nələrə diqqət etməli, nə kimi ön tədqiqlər və hazırlıqlar etməli olduqlarını sizlərə işıqlandırmağa çalışacağam.

    Hər şeydən əvvəl günümüzün gedərək sürətlənən və kompleksləşən həyat şərtlərində hamilə qalmağı planlaşdıran bir ailə, körpənin onların həyatlarının böyük bir qisimi üzərində mütləq hakimiyyət quracaq çox ciddi bir məsuliyyət olduğunun fərqində olmalıdır. Hamiləlik və doğum, bir körpənin böyüdülməsi asan bir iş olmayıb, başlı başına ciddi bir vəzifə olaraq qəbul edilməlidir. Xüsusilə cütlərin hər ikisinin də, çalışdığı ailələrdə körpənin baxımı və mənəvi ehtiyaclarının da qarşılanmasının vacib olduğu göz önünə alınaraq planlaşdırma edilməlidir. Eyni zamanda ən mühüm məqamlardan biri də ana və ata namizədlərinin psixoloji baxımdan tam mənası ilə hazır olmalarıdır.
Uğurlu və sağlam bir hamiləlik dövrü keçirib dünyaya sağlam bir körpə gətirmədən əvvəl qətiyyətlə etməyiniz vacib olan çox əhəmiyyətli şeylər var.

    Bol bol fol turşusu.
   Hər nə qədər sağlam qidalansanız da lazımlı olan bütün qidaları yediklərinizdən qarşılamağınız mümkün deyildir. Əsla üzərindən ötüb keçməyəcəyiniz, lazım olan qidalardan biri də fol turşusudur. Hamilə qalmadan ən az bir ay əvvəl alınan və ilk üç ay boyunca davam edən gündəlik 400 mikroqram fol turşusu ilə sinir borusu xəstəliklərinin yaşanması riskini 70% nisbətində qarşısını almaq mümkündür. 
İstənilən aptekdən fol turşusu ala bilər, hamiləlik əvvəli üçün xüsusi hazırlanan multivitaminləri də seçim edə bilərsiniz. Ancaq, aldığınız multivitamində gündəlik 770 mq-dan daha çox Vitamin A olmamasına xüsusilə diqqət edin. Bu miqdardan artıq istifadə edilən Vitamin A körpəyə zərər verə bilər.

    Gecə həyatına ara verin.
    Əgər siqaret və ya spirtli içkilərdən istifadə edirsinizsə, dayandırmaq lazımdır. Çünki, spirt təxmin etdiyinizdən daha çox bədəninizdə qalır. Bilidiyiniz kimi siqaret və spirt uşaqsalma, erkən doğum və az çəkili körpə dünyaya gətirilməsinə səbəb olur.
Əlavə olaraq, aparılan tədqiqatlar nəticəsində siqaret istifadəsinin qadınlarda doğurqanlığı azaltdığına, kişilərdə isə sperma keyfiyyətinə və sayına pis təsir göstərdiyi müşahidə olunmuşdur. Əslində siqaret çəkən insanların ətrafında olmağınız siqaret çəkməsəniz belə mənfi təsir göstərməsi üçün kifayətdir.

    Kofeindən istifadəni azaldın.
    Tədqiqatlar kofeindən çox istifadənin, hamiləlik müddətində bolca ehtiyac duyulan dəmirin sorularaq azaltdığını və bu səbəblə ölü doğum riskini yüksəltdiyini göstərir.
İlk olaraq daha az kofeinli qəhvələr içməyə başlaya bilərsiniz. İçdiyiniz çayın rəngi bir az daha açıq ola bilər və ya paket çay içirsinizsə paketi stəkanınızda biraz saxladıqdan sonra götürə bilərsiniz.

    Kilonuzu nəzarət altına alın.
   "Söyləməsi asan" dediyinizi eşitmək çətin deyildir. Ancaq məsləhət edilən nisbətlərin xaricində bədən kütlə indeksinə sahib qadınların hamiləliklərini çətin keçirdikləri məlumdur. Optimal bədən kütlə indeksinin 20 ilə 30 arasında olmağı məsləhət görülür.
Əgər bu intervalda deyilsinizsə, kilo verərək və ya alaraq məsləhət görülən intervala çatmağa çalışmalısınız. Peşəkar bir dietoloq sizə bu mövzuda kömək edə bilər.

    Soyuducunuzu sağlam qidalarla doldurun.
   Hələ iki nəfərlik yemirsinizsə, bu andan etibarən hamiləliyiniz boyunca sizə və körpənizə sağlam bir inkişaf müddəti təmin edəcək olan bəsləyici qidaları istifadə etməyə başlamalısınız.
   Bol bol meyvə və tərəvəz yeməli, kalsium baxımından zəngin olan süd məhsulları istifadə edilməlidir. Əgər balıq yeməyi sevirsinizsə, diqqət etməli olduğunuz bir neçə məqam var. Köpəkbalığı, qılınc balığı, kral usmurku kimi balıqlarda yüksək miqdarda metil civə mövcuddur və bu doğulacaq körpənizin beyin inkişafına pis təsir edə bilər. Digər balıq növləri isə tamamilə təhlükəsiz və faydalıdır.

    Bir məşq proqramı hazırlayın və tətbiq edin.
   Dərhal bir məşq proqramı hazırlayın və tətbiq etməyə başlayın. Bir müddət sonra hamiləlik üçün ideal bir bədənə sahib olacaqsınız. Bundan başqa məşq etmək stresi azaltmaq üçün də çox faydalıdır.
  Sağlam bir məşq proqramı, 60 dəqiqəlik piyada gəzinti, velosipedə minmə və kiloya nəzarət məşqlərindən ibarətdir və həftənin əksər günü tətbiq oluna bilər. Yoga kimi elastikliyi artıran proqramlar tətbiq edə bilərsiniz. Hamilə qaldıqdan sonra da tövsiyə edilən şəkildə məşq proqramınıza davam edə bilərsiniz.

    Diş həkiminizlə görüşün.
    Hamiləlik üçün hazırlaşmağa başladığınız bu dövrdə ağız sağlamlığınızı da unutmamalısınız. Hamiləliyiniz müddətində hormon tarazlığının dəyişməsi səbəbiylə bəzi diş problemləri yaşaya bilərsiniz. Artan progesteron və estrodiol səviyyələri bakteriya valı, diş əti qanamaları, diş çürükləri və həssaslıq problemlərinə yol aça bilər.

    Ailələrinizin tibbi keçmişini araşdırın.
   Sizin və yoldaşınızın ailələrinin tibbi tarixlərini araşdırmaq, doğru şəkildə davranmağınız üçün lazımlıdır. Valideynlərinizdən və qohumlarınızdan məlumat toplaya bilərsiniz.
    Soruşmalı olduğunuz ən əhəmiyyətli sual, ailənizdə daha əvvəl daun sindromu, oraq hüceyrə anemiyası, kistik firbozis ya da qan xəstəlikləri kimi genetik və ya bəzi xromosom xəstəliklər mövcud olub olmadığıdır. Ayrıca doğuşdan əqli pozuqluğu olan hər hansı bir qohumunuz olub olmadığını öyrənməlisiniz.
Həkiminiz, ilk görüşmənizdə sizə və yoldaşınıza bu mövzu haqqında bəzi suallar verəcəkdir. Əvvəlcədən araşdırsanız daha rahat və qəti cavablar verə bilər və həkiminizin sizi daha müvəffəqiyyətli bir şəkildə istiqamətləndirməsinə şərait yarada bilərsiniz.

    Həkiminizdən bir görüş alın.
   Hələki bir qadın doğum mütəxəssisi ilə görüşməməyiniz normaldır ancaq davamlı görüşdüğünüz həkiminizdən alınması lazım olan tədbirləri müzakirə etmək məqsədilə bir görüş tələb etməlisiniz. Həkiminiz sizin, yoldaşınızın və ailənizin tibbi keçmişi haqqında suallar soruşacaq, davamlı istifadə etdiyiniz dərmanlar olub olmadığını öyrənəcəkdir.
    Ayrıca həkiminiz sizinlə, qidalanma, kiloya nəzarət və məşq proqramınız haqqında da görüşəcəkdir. Öz sahəsinə aid mövzularda sizə məlumat verərkən sahəsinə aid olamayan mövzularda isə uyğun mütəxəssislərə yönləndirəcəkdir.

    Yumurtalama periodunuzu hesablayın.
    Bəzi qadınlar hamilə qalmağa qərar verdiklərində doğuma nəzarət dərmanı istifadə etməyi dayandırmaqla, nə zaman hamilə qalacaqlarını talehin öhdəsinə buraxırlar. Digərləri isə yumurtalama periodlarını hesablamaqla daha doğru təxminlər edərək işi şansa buraxmırlar. Yumurtlama periodunu müəyyən edərək hamilə qalmaq üçün ən uyğun vaxtı təyin edə bilərsiniz.

    Psixi sağlamlığınızı qoruyun.
    Araşdırmalara görə depressiyadakı qadınlar, sağlam qadınlara görə iki qat çox doğurqanlıq problemləri yaşayırlar. Tibbi olaraq depressiyada olan qadınlar özlərinin və dünyaya gətirəcəkləri körpələrinin sağlamlığını önəmsəməyəcək vəziyyətdədirlər.
    Mütəxəssislərə görə hamilə qalma qərarı verilmədən əvvəl tamamilə müayinə edilməli və depressiya əlamətləri araşdırılmalıdır. Bəzən depressiyada olduğunuzun fərqinə vara bilməzsiniz. Depressiyanın ən məşhur əlamətləri, diqqət pozuqluqları, sevilən şeylərdən artıq əvvəlki kimi həzz almamaq, ağız dadı deyişiklikləri, yuxu pozuqluqları, halsızlıq və ümidsizlik və ya bədbəxtlik duyğusudur. Əgər depressiya diaqnozu qoyularsa, mütəxəssisinin sizə bəzi antidepresant dərmanlardan istifadə etməyinizi tövsiyyə edə bilər. 

    İnfeksiyaların qarşısını alın.
   Xüsusilə bu müddət ərzində sağlamlığınıza çox diqqət yetirməlisiniz, çünki bu dövrdə hər hansı bir xəstəliyə tutulmağınız sizin və doğulacaq körpənizin sağlamlığını şübhə altına ala bilər.
    Pasterizə edilmiş içki, qatıq və pendirdən uzaq durmalı, bişməmiş və ya az bişmiş ət yeməməlisiniz. Bu cür yeməklərdə bəzi çox zərərli bakteriyalar mövcud ola bilər.
Yemək bişirərkən tez-tez əllərinizi yuyun. Soyuducunuzun soyuducu hissəsinin ən çox 2-4 dərəcə, dondurucu hissəsinin isə ən çox -18 dərəcəyə nizamlanmış olduğundan əmin olun. Əks təqdirdə daha sonra istifadə etmək üçün saxladığınız qidalar xərəb olub bakteriya yarada bilərlər.

    Ekoloji təhlükələrin qarşısını alın.

   Bəzi işlər sizin və doğulacaq uşağınızın sağlamlığını təhdid edə bilər. Xüsusilə, çalışarkən kimyəvi maddələrlə və ya radiasiya ilə əlaqəli iş içərisindəsinizsə, hamilə qalmadan əvvəl bəzi dəyişikliklər etməyiniz ən yaxşısıdır. Bundan başqa, bəzi təmizlik maddələrinin də zərərli kimyəvi maddələr ehtiva etdiyini ağlınızdan çıxarmamalı, uzun müddət bu təmizlik maddələrini qoxlamamalı, təmizlik əsnasında əlcək istifadə edilməlidir.
    Normal şərtlərdə bir qadının müntəzəm olaraq, ildə bir dəfə ginekoloji müayinədən keçməsi və tam sağlamlıq müayinəsi edilməsi lazımdır. Bunların ən birincisi ‟vaginal smear” testi və məmə ultrosonografisidir. Hamilə qalmağa qərar verən bir qadının isə hamiləliyin planlaşdırıldığı tarixdən təxminən 3 ay əvvəl əhatəli bir müayinə olunması və bəzi tədqiqlərin edilməsi vacibdir.
    Analığa namizədin hamiləlikdən əvvəl məsləhət xarakterli ilk müayinəsi menustrasiya dövrü bitdikdən sonra edilir. Müayinənin əvvəlində detallı bir anamnez alınır. Həyat yoldaşı və özünün ailə fərdlərinin də daxil olduğu,anemnez zamanı diqqəti çəkən nöqtələr (qüsurlu ya da ölü doğulan körpələr, xroniki xəstəliklər, anadangəlmə anomaliyalar və s.) araşdırılmaq üçün qeyd edilir. Cütlüklərin keçmişdə ümumi sağlamlıq vəziyyətləri və keçirdikləri xəstəliklər mövzusunda detallı bir şəkildə araşdırma aparılır. Analığa namizədin fiziki müayinəsindən sonra ginekoloji müayinəsi edilir və bu sırada ‟smear testi” alınır. Edilən müayinədə diqqəti çəkən nöqtələr (uşaqlıqda şəkil anomaliyası, kiçik çanaq darlığı, polikistik yumurtalıq) var isə bunlar qeyd edilir və araşdırılır.

    Hamiləliyə namizəd olan bir qadına ediləcək laboratoriya analizləri:

-Qan qrupu 
-Qanın ümumi analizi
-Sidiyin ümümi müainəsi
-Qanda şəkərin təyini, sidik cövhəri, kreatinin, AST, ALT
-TSH
-TORCH (toksioplaza, rubella, stomeqalavirus, herpesvirus anticismləri)
-Hepatit B və C
-Varisella Zoster (su çiçəyi)
     Bu tədqiqlərin hamiləlikdən 3 ay əvvəl edilməsində məqsəd peyvənd ilə qoruna biləcək xəstəliklərə qarşı analığa namizədin imunitetini gücləndirmək və peyvənd etmə üçün zaman qazanmaqdır.Rubella, stomeqalovirus, hepatit B və su çiçəyi peyvənd ilə imunitet qazanıla biləcək xəstəliklərdir.  Xüsusilə rubella peyvəndində canlı zəiflədilmiş virus istifadə edildiyindən peyvənd sonrası üç ay müddətində hamilə qalınmamalıdır.  
    Qan qrupu təyini ilə cütlər arasında RH və ABO uyğunsuzluğu müəyyən oluna bilər. TSH testi qalxanabənzər vəzin fəaliyyəti haqqında məlumat verir və lazım olduqda hamiləlikdən əvvəl dərman ilə funksiyalarının normallaşmasını təmin edir. Bu təməl testlərlə yanaşı anamnez və müayinənin ehtiyac görə biləcəyi əlavə tədqiqlər tamamlanaraq hamiləliyə namizədin mümkün ola biləcək ən uyğun şərtlərdə qorunmağı buraxması təmin edilir.  

    Əhəmiyyətli məqamlar. 
    Hamilə qalınıb-qalınmayacağı əvvəlcədən bilinməsi mümkün deyil. Heç bir həkim ya da insan, heç bir kimsəyə uşağın olar ya da ola bilməz deyə zəmanət verə bilməz. Təbii ki, bunun istisnaları var.  Rəhimi ya da testisleri olmayan fərdlərdən ibarət olan cütlərdə təbii olaraq hamiləlik ola bilməz. Ancaq anatomik olaraq heç bir problem olmasa belə 15%-lik qisimdə açıqlana bilinməyəcək sonsuzluq olduğu unudulmamalıdır.  
    Hamilə qalmağa qərar veriliydiyində təbii olaraq ilk ediləcək şey qorunmağı buraxmaqdır. Tətbiq olunan üsula bağlı olaraq artıma qabiliyyətinin geri dönməsi 0-3 ay qədər müddəti əhatə edə bilər. Hamilə qalmaq üçün ən uyğun dövr 28 gündə bir aybaşı olan qadında qanamanın başlanğıcından etibarən 12 və 15-ci günlərdir. Hamilə qalma ehtimalını artırmaq üçün nizamlı bir cinsi həyat və həftədə ən az 3 dəfə cinsi əlaqə faydalı olar. Bu şəkildəki cütlərin 75%-i 6 ay içində hamiləlik əldə edilə bilər.  
    Cütlərin 15%-də 1(bir) ilin sonunda hamiləlik olmaz.  Bu cütlərdə hamiləliyin alınmamasının araşdırılması baxımından həkimə müraciəti lazımdır.  
Bir az diqqət, bir az zəhmət, bir az səbr və ürək dolusu sevgi.
 Sağlıqla qalın.