Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Aşılama (IUI-İntrauterin inseminasyon)

Aşılama (IUI-İntrauterin inseminasyon)

    1-ci və ya  2-ci  mərhələ endometriozis, sperma  parametrlərində yüngül pozuqluq olan kişi sonsuzluğu və səbəbi açıqlanmayan sonsuzluq faktlarında tətbiq olunan müalicə metodudur. Aşılama zamanı alınan spermalar yuyulur, hərəkətli olanlar  toplanır və yumurtalamanın olduğu gün rəhm içinə yerləşdirilir. Burada məqsəd 1 və ya 2-3 yumurta inkişaf etdirib, çatlatma iynəsi vurulduqdan sonra, bu yumurtaların fallop tüplərində ola bildiyi qədər çox spermatozoidlə qarşılaşmalarını təmin etməkdir. Bu şəkildə hamiləlik şansı artırılmağa çalışılır.

    Qadınlarda yaşın cox olması (38 yaş üstü), uzunmüddətli sonsuzluq  (3 il və üzəri), aşağı over ehtiyatı hallarında  hamiləliyin əldə edilməsi çox az bir ehtimal olacağından aşılama məsləhət görülmür, süni mayalanmanın tətbiqi daha doğru hesab edilir. Aşılama öncəsi tüplərin açıq olub olmaması HSQ və ya laparoskopiya müayinəsi ilə aydınlaşdırılır.

    Həyata keçirilmə üsulu: İlk öncə aşılama ediləcək qadının yumurtalıqları həb (klomen, serofen) və ya iynə (gonal-f, puregon, menogon, merional) ilə oyadılır. Burada məqsəd birdən çox yumurta əldə etməkdir. Ancaq dörddən çox follikul (yumurta ehtiva edən maye dolu kisəciklər) meydana gəldiyində hamiləlik üçün müraciət edən cütlük  məlumatlandırılmalı və o ay üçün müalicənin  təxirə salınmağı düşünülməli, ya da müalicə süni mayalanmaya çevrilməlidir. Yumurta böyümə mərhələsindən sonra çatlatma iynəsi vurulur və iynədən təxminən  36 saat sonra yuyulmuş,  toplanmış  spermalar yumşaq bir kateterle uşaqlığın içinə injeksiya edilir. Əməliyyat  sadə və ağrısız aparılır.

   Hamiləlik nisbəti: Qısa bir istirahətdən  sonra  evə göndərilən cütlük, ən optimal şərtlərdə belə  təxminən   15%-ə  qədər hamiləlik şansı olduğu haqda məlumatlandırılır.  Bu nisbət qadının yaşı, sonsuzluğun müddəti, kişidə sperma probleminin varlığı və şiddəti, tüplərin açıq və funksiyasının normal olması kimi faktorlara bağlıdır. Aşılama ən çox 3-4 dəfə edilməli, hamiləlik olmazsa, süni mayalanma  tətbiq olunmalıdır. Xüsusilə qadının yaşı 38-dən yuxarı, over ehtiyatı aşağı və ya hərəkətli sperma sayı 5 milyon / ml altında olduğunda  süni mayalanma  tətbiqi təklif edilməlidir.