Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Süni mayalanma - Mikroenjeksiya (ICSI)

Süni mayalanma - Mikroenjeksiya (ICSI)

    Süni mayalanmanın mərhələləri aşağıdakılardır:

    1. Xəstənin yoxlanılması və dərman istifadəsinin təyin olunması:

    Süni mayalanmanın  ilk mərhələsində qadının menustruasiya dövrünün  2-ci  və ya 3-cü günü aparılan başlanğıc  görüşməsi, müayinəsi və bunun nəticəsində lazımlı görülən tədqiqlər  edilir. Yumurtalıqların və uşaqlığın  yoxlanılmasındakı   təməl üsul ultrasəs müayinəsidir. Ultrasəs  ilə edilən müayinədə uşaqlıqda və ya yumurtalıqlarda müalicəyə başlamağa mane olacaq bir problem görülməzsə, qadının hormon səviyyələrinə baxılır.

    Müalicəyə başlamaq üçün uyğun olunduğuna qərar verildiyində qadının yaşı, infertilitenin səbəbi, təhlil nəticələri və yumurtalıq xüsusiyyətlərinə görə, şəxsə  xüsusi müalicə üsulu seçilərək, hansı dərmanlarla, hansı dozada və menustruasiyanın  hansı günündə   over stimullaşdırılması deyilən yumurta inkişafına başlanacağı planlanır.

    2. Nəzarətli  ovaryan stimullaşdırılması (Yumurtaların inkişaf etdirilməsi):

    Yumurtalıqların oyadılması  üçün əvvəlcədən planlanmış  şəkildə  menustruasiyanın  müəyyən bir günündə gündəlik edilən injeksiyalarla  qadın nizamlı olaraq dərman istifadə etməyə başlayır. Dərmanlar istifadəyə  başlandıqdan sonra, qadının müalicəyə cavabı və yumurta inkişafının qiymətləndirilməsi   bir neçə gündən bir edilən ultrasəs  müayinələri və qandakı hormon səviyyələrindəki dəyişikliklərə nəzarətlə edilir.  Müəyyən fasilələrlə edilən ultrasəs müayinələrində,  meydana gələn follikuların səviyyəsindəki dəyişikliklərin ölçülməsi və qan analizində estrogen səviyyəsinin müəyyən dəyərlərə çatması, yumurtaların sağlam inkişafı haqqında məlumat verir. Yumurtaların yetkinləşmə vəziyyətinə görə, yetkinləşməni  təmin edəcək çatlatma iynəsinin ediləcəyi  zamanı müəyyən edilir.  Dərmandan  istifadə müddəti  fərdi xüsusiyyətlərə və dərmanların nəticəsinə  görə dəyişənlik  göstərərək təxminən  8  gündən 14  günə  qədər  davam edir. Çatlatma iynəsindən 35-36 saat sonra yumurta toplanması mərhələsinə keçilir.

    3. Yumurta toplanması:

    Hazırlanmış olan yumurtaların laboratoriyada istifadəsi üçün  toplanan,  yumurta toplama əməliyyatı (oosit pickup-opu)  xəstənin rahatlığı və heç  bir şəkildə ağrı hiss etməməsi baxımından sedasyon anesteziya ilə (yuxulu vəziyyətdə )  aparılır. Transvaginal ultrasəs vasitəsiylə iynə ilə girilən follikulların içindəki yumurta mayesi sovrulub bir qaba qoyularaq  embriologiya laboratoriyasına çatdırılır. Mikroskop altında bu mayenin içində yumurta olub olmadığı araşdırılır. Əldə edilən yumurtalar follikul mayesi içərisindən toplanır. Əməliyyat  sonrası xəstələr  istirahət etdikdən  sonra evlərinə göndərilir.

    4. Döllənmə Əməliyyatı:

    Yetkin və sperma ilə birləşə biləcək  yumurtalar (metafaz 2 oosit) seçilir. Həmin gün  yəni yumurta toplanacağı gün kişidən alınan spermalarla laboratoriya mühitində döllənmə əməliyyatı həyata keçirilir. Döllənmə işi iki  formada  edilə bilər. İlki sperma və yumurtanın bir araya buraxılaraq döllənmənin özbaşına reallaşmasını müşahidə edən  klassik  IVF  üsuludur.  Digəri isə Mikroenjeksiya (ICSI- intracytoplasmic sperma injection) üsuludur. Bu üsulda xüsusi mikroskoplar altında ən yaxşı olan sperma seçilərək yumurtanın içinə iynə vasitəsilə yeridilir. Laboratoriyadakı  cihazlar içərisində  hər gün  inkişafı təqib edilərək embrionun bölünməsi və dəyişməsinə nəzarət olunur. Ən yaxşı inkişaf edən embrion və ya embrionlar  ana rəhminə transfer edilən  günə qədər xüsusi bir mühitdə nəzarət  edilir.

    5. Embrion transferi:

    Anesteziyaya  ehtiyac  olmayan embrion transferi, ağrısız bir əməliyyatdır. İncə bir kateter içinə alınan embrion və ya embrionlar qarından edilən ultrasəs vasitəsilə  uşaqlığa transfer edilir. Transferdən sonra xəstə  istirahət etdikdən  sonra evinə göndərilir. Yerdə qalan və transfer üçün istifadə edilməmiş yaxşı keyfiyyətdə olan  embrionlar  varsa, bunlar da dondurularaq uzun müddət saxlanıla bilər. Embrion və ya embrionlar  ana rəhminə transfer edildikdən   12  gün sonra qanda hamiləlik testi edilərək nəticə alınır.