Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Yumurta Hüceyrələrinin, Spermanın və Embrionun Dondurulması

Yumurta Hüceyrələrinin, Spermanın və Embrionun Dondurulması

    Yumurta Hüceyrələrinin Dondurulması:

    Qadında  yaşın artmasıyla birlikdə yumurtalıq ehtiyatı düşür  və bunun nəticəsində də məhsuldarlıq potensialı azalır. Xüsusilə ailədə erkən menopoz, keçirilmiş yumurtalıq cərrahiyyəsi və ya kimyaterapiya kimi əhvalatı olan qadınlar başda olmaq üzrə, bəzi qadınlarda over ehtiyatı daha erkən yaşda düşməyə başlayır və hamilə qalma ehtimalı erkən yaşlarda azalır. Bu səbəblə bir çox qadın gələcəkdə uşaq sahibi olamaq ilə əlaqədar sıx qayğılar yaşamaqdadır.

    Kimlərə məsləhətdir?

    Kimyaterapiya  və ya çanaq bölgəsinə radioterapiya almaq məcburiyyətində olan xəstələr, gec yaşda evlenen  və ya uşaq sahibi olma yaşını gecikdirmək istəyənlər, ailəsində erkən menopoz əhvalatı olan və gələcəkdə uşaq sahibi olmaq istəyən qadınlar üçün olduqca ümid verici və müvəffəqiyyətli bir üsuldur.

    Saxlama müddəti 3 il ilə məhdudlaşdırılmışdır.

    Spermanın Dondurulması:

    Bəzi hallarda daha sonra süni mayalanma müalicəsində istifadə etmək üçün  meni  sperminin dondurularaq saxlanması əməliyyatıdır.

    Kimlərə məsləhət görülür?

    - Kişi cinsiyyət orqanı şişlərində cərrahi müalicə/radyoterapiya/kimyaterapiyadan əvvəl,

    - Digər sistem şişləri üçün sperma istehsalına təsir edən  radyoterapiya / kimyaterapiyadan əvvəl,

    - Ağır sperma pozuqluğu halında (daha sonra heç sperma tapıla bilməməsi  riskininin qarşısını almaq üçün),

    - Mastürbasiya ilə sperma verməkdə psixoloji çətinlik,

     - Xüsusi istək.

    Saxlama müddəti 3 il ilə məhdudlaşdırılmışdır.

    Embrionun Dondurulması (VİTRİFİKASYON):

    Embrion dondurma əməliyyatı çox vaxt  embrion transferi edildikdən sonra yerdə qalan və transfer edilmək üçün uyğun olan , keyfiyyətli  embrionlara  tətbiq olunur. Digər bir embrion dondurma səbəbi isə xəstələrin bəzilərində  süni mayalanma müalicəsi əsnasında inkişaf edən və çox ciddi fəsadları olan  yumurtalıqların həddindən artıq  stimulyasiyası- Ovaryan Hiperstimulasiya (OHSS) vəziyyətində xəstəni qorumaq məqsədi ilə aparılır. Bu faktlarda həddindən artıq stimulyasiyaya bağlı olan  endometrium adı verilən rəhm içi təbəqənin quruluşundakı dəyişikliklər də hamiləlik nisbətini azaltdığı üçün embrionların dondurulmasına  və transferin təxirə salınaraq daha sonra edilməsinə hamiləlik şansını yüksək tutduğu  üçün üstünlük verilir.