Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

TESE

TESE

    Menide heç sperma olmaması mənasını  verən  azospermi, sonsuzluq problemi olan kişilərin təxminən 15%- ində müşahidə olunur.  Bu diaqnozu qoymaq üçün mütləq ən az 2 sperma nümunəsi  sentrifuqa edilərək araşdırılmalıdır. İlk baxışda  azospermi kimi görülən faktlarda, sentrifuqa sonrası çöküntülərdə  tək tük belə olsa sperma tapıla bilər və bunlar istifadə olunaraq  mikroinjeksiya edilə bilər. Bu səbəbdən də  gərəksiz Testiküler Sperma Ekstraksiyası (TESE) əməliyyatı edilməmiş olar.

    Azospermi, testis sonrası sperma kanallarının tıxalı yada açıq olmasına görə 2 qrupa ayrılır. Kanallar bağlı olduğunda (40%), sperma istehsalı olmasına baxmayaraq ejakulatda sperma ola bilməz. Doğuşdan və sonradan cərrahi fəsadları yada zədə səbəbiylə meydana gələ bilər. Kanallar açıq olduğunda azospermi varsa, bu testis çatmazlığıdır.  Bu cür hallarda sperma istehsalı, testis qüsuru yada hormon çatışmazlığı səbəbiylə gerçəkləşməməktədir.

    Azospermi  olduqda, kişinin hormon testləri  və  xromosom analizi edilməlidir. Bu qrupda  xromosom pozuqluğu nisbəti   15% dir. Ən çox  Klinefelter  Sindromu  təsbit edilir.

    Azospermi  vəziyyətində cərrahi üsullarla sperma əldə etməyə çalışılır. Bu üsullar PESA - TESA və TESE üsullarıdır. PESA (Percutaneous Epididimal Sperma aspirasyonu) da, epididim bölgəsindən incə bir iynə ilə sperma çəkilməyə çalışılır. Tıxalı tip (obstructive) azospermidə tətbiq olunur. TESA (Testiküler Sperma aspirasyonu) nda isə testis dərisi kəsilmədən yenə iynə ilə sperma çəkilməyə çalışılır. PESA və TESA da testis açılmadan sperma əldə edilmədiyində TESE əməliyyatı edilir. Mikroskop altında testis dərisi və örtüyü açılaraq, sperma əldə etmə ehtimalı ən yüksək olan bölgələrdən kiçik parçalar alınıb, laboratoriyada sperma axtarılır. Əməliyyat  lokal anesteziya ilə asanlıqla edilə bilər. Ümumi anesteziya tətbiqi da mümkündür. Klinikamızda  çox asan həyata keçirilən  və həmin  gün evə getməkdə heç bir qorxusu  olmayan bir üsuldur. TESE ilə sperma tapıldığında dərhal istifadə edilməsi  üçün, qadın xəstəmizin  da yumurtalığı oyadılaraq  müalicə ilə yumurta toplanması mərhələsinə gətirmiş oluruq. MikroTESE  üsulunda, çox kiçik nümunələr alındığından və sperma tapıldığında əməliyyata  son verildiyindən testisə verilən ziyan və toxumaya verilən zərər  çox az olur. Bu üsulla təxminən  50% nisbətində sperma əldə  edilir.

    Mikro TESE sonrası xəstələr narkozun təsiri keçənə qədər nəzarət olunur  və sonra evə göndərilir. Evdə davamlı yataq istirahəti lazım deyil ancaq əməliyyat sonrası iki üç gün normal aktivliyi  azaltmaları məsləhətdir. Əməliyyatdan  48 saat sonra sarğı  dəyişdirilə bilər. Əməliyyat dan 3 gün sonra duş alına bilər, tikişlər özbaşına təxminən bir həftədə əriyəcyində n tikiş almağa ehtiyac yoxdur. Əməliyyat sonrası xəstələrin  10-15 gün möhkəm qısa tuman istifadəsi məsləhətdir. Ağır fiziki fəaliyyət və cinsi əlaqənin 15 gün qədər  edilməməsi məsləhətdir.