Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Mikroçip metodu ilə sperma seçimi

Mikroçip metodu ilə sperma seçimi

    Süni mayalanma  müalicəsində dünyada gedən inkişafa paralel olaraq Azərbaycanda da yüksək  texnoloji üsullar istifadə olunur. Bu üsullardan biri də DNT keyfiyyəti və fizioloji olaraq ən yaxşı vəziyyətdəki spermaların seçilməsi üçün inkişaf etdirilən "Mikro - Maye çip Texnologiyası" dir. Bu üsul süni mayalanma müalicəsində çox əhəmiyyətli bir inkişafdır.

   Təbii hamiləliklərdə sperma hüceyrələri qadın genital orqanlarındakı incə mukozal mikro kanalları istifadə edərək yumurta hüceyrəsinə çatır. Chip üsulunda isə bu təbii mikro ətraf təqlid edilərək davamlı axına bağlı olaraq hazırlanmışdır.

    Hal-hazırda istifadə olunan sperma yumaq, üzdürmək,  gradient kimi üsullardakı santrifuqalama, vortex ya da pipetleme kimi fiziki olaraq canlı hüceyrəyə zərər verə biləcək pillələr bu üsulda istifadə edilmir. Bu fiziki əməliyyatlar eyni zamanda oksidativ stresin yaranmasına səbəb olur. Oksidativ stresin isə sağlam spermaların DNT fragmantasiyasna səbəb olduğu  elmi araşdırmalarda göstərilmişdir. Bu ziyanlı DNT -yə sahib sperma hüceyrələri müvəffəqiyyətsiz IVF və IUI əməliyyatlarına  gətirib çıxarır.

   Mikro - Maye çip Texnologiyası ilə bütün bu sağlam hüceyrələrə zərər verə biləcək üsullardan istifadə olunmadan , morfoloji, genetik və fizioloji olaraq daha yaxşı vəziyyətdəki spermaların digər ölü, yetişməmiş və aşağı keyfiyyətli sperma hüceyrələrindən ayıraraq  süni mayalanma  müalicəsində istifadə edilir.