Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Assisted Hatching (AHA)

Assisted Hatching (AHA)

    Yumurta və döllənmədən sonra yaranan embrionun ətrafındakı qoruyucu təbəqə (zona pellucida) embrionun çölə tomurcuqlanmasıyla cırılır (Hatching) .Bu hadisə embrionun 5-ci və6-ci gün inkişaf mərhələsində gerçəkləşir. Blastokist pərdədən (zp) xilas olaraq endometrium toxumasına yerləşir (implantasiya).Bəzi hallarda bu hadisə çətinləşir və ya reallaşmır.

    Embriologiya labratoriyasında transfer öncəsi embrionun implantasyasını  asanlaşdırmaq üçün embrionu əhatə edən pərdənin incələşdirilməsi və ya açılması (assisted Hatching) əməliyyatı  həyata keçirilir. Beləliklə  qalınlaşmış və ya sərtləşmiş pərdədən embrionun xilası  asanlaşır. Bu əməliyyat embrion transferindən öncə  transfer ediləcək  embriyolara  tətbiq olunur. Məqsəd  embrionun rəhm  divarına yapışmasını asanlaşdırmaqdır.

    Assisted Hatching (AHA) əməliyyatında üç üsuldan istifadə olunur:

    1. Mexaniki,

    2. Kimyəvi (Acid tyro),

    3. Lazer.

    Mərkəzimizdə Lazer assited Hatching metodundan  istifadə edilir. Lazer digər üsullara  görə etibarlı, rahat və praktik bir üsul olduğundan sərfəlidir.

    Assisted Hatching kimlərə tətbiq olunur:

    - Davamlı  implantasiya müvəffəqiyyətsizliyi olan xəstələrdə,

    - 35 yaş üzəri və FSH dəyəri normaldan çox olan qadınlarda,

    - Embrion pərdəsinin qalın olması vəziyyətində.